Brüsseldə fermerlər traktorlarla Avropa İttifaqına qarşı etiraz aksiyasına çıxdılar

Brüsseldə fermerlər traktorlarla Avropa İttifaqına qarşı etiraz aksiyasına çıxdılar






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa Komissiyası, #Belçika, #Fermerlər, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belçikanın Brüssel şəhərində fermerlərin etiraz aksiyası zamanı baş vermiş iğtişaşlar nəticəsində 10-a qədər insan yaralanıb, iki nəfər həbs edilib.

presstvaz bildirir ki, bu barədə məlumatı RTBF telekanalı polis nümayəndələrinə istinadən verib.

Məlumata əsasən, aksiyada ümumilikdə təxminən 8 000 nəfər iştirak edib, 1 000-dən çox traktor cəlb edilib.

Toqquşmalar zamanı polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Etirazçılar təkərləri yandırıb, polisə butulkalar atıblar.

Fermerlər “Avropanın kənd təsərrüfatı modelini öldürən” Avropa Komissiyasının siyasətinə qarşı etiraz ediblər. Etirazçılar heç bir nəticə əldə etmədən aksiyanın keçirildiyi yeri tərk etməyə başlayıblar.

Brüsseldə etiraz aksiyası təşkil edən fermerlər traktorlarla Avropa məhəlləsinə aparan yoldakı polis sipərini dağıtmağa cəhd ediblər.

presstvaz xəbər verir ki, məlumatı TASS yayıb.

Qeyd edək ki, Brüsselin sözügedən məhəlləsində Avropa İttifaqının sammiti keçirilməkdədir.

Etirazçıların cəhdləri nəticə verməyib: polis barrikadaları dağıdıb. Qarşıdurma ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Polis barrikadanın arxasına çəkilərək gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Fermerlər Aİ-nin kənd təsərrüfatına xərclərin azaldılmasına və Latın Amerikası ilə azad ticarətlə bağlı razılaşmaya etiraz edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv