TRIPP çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib

TRIPP çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Cənubi Qafqaz, #Ermənistan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunan razılaşmaların reallaşdırılması üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk iclası olub.

presstvaz “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Media və İctimai Diplomatiya Departamenti yayıb.

Dekabrın 17-də baş tutmuş iclasda Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter giriş nitqləri ilə çıxış ediblər. Onlar Ermənistan ilə ABŞ arasında sürətlə inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.

Nazir müavini Kostanyan ABŞ-nin Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi əvəzsiz dəstəyi vurğulayıb və Ermənistan tərəfinin 8 avqust tarixində imzalanmış Ermənistan-ABŞ Anlaşma Memorandumlarının icrası istiqamətində fəal işləməkdə maraqlı olduğunu təsdiqləyib.

İkitərəfli qaydada Anlaşma Memorandumlarının icrası istiqamətində atılmış mühüm addımlar qeyd olunub, həmçinin bu istiqamətdə görülən işlərin gedişi barədə hesabatlar təqdim edilib. Ekspertlər səviyyəsində əldə edilmiş konkret razılaşmaların həyata keçirilməsi məqsədilə müzakirələrin ən qısa zamanda davam etdirilməsi barədə razılıq əldə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv