Rusiya ordusu Ukraynada yeni hücum modelindən istifadə edir

Rusiya ordusu Ukraynada yeni hücum modelindən istifadə edir






presstv

"Presstv"az #Audi, #Müharibə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya Silahlı Qüvvələri (RSQ) Ukrayna mövqelərinə qarşı yeni iki mərhələli hücum modeli hazırlayıb. Məhz bu səbəbdən Rusiya qoşunlarının hücumu hələ də davam edir və onu dayandırmaq kifayət qədər çətindir”.

presstvaz xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri Cessika Sobeski və Cenni Olmsted “RBC-Ukrayna”ya verdikləri müsahibədə bildiriblər.

Analitiklərin sözlərinə görə, birinci mərhələ Ukrayna Silahlı Qüvvələrinin (USQ) cəbhədəki bölmələrinin logistikasına zərbələr endirilməsini ehtiva edir. RSQ Ukrayna ordusunun yerüstü təchizat yollarını əməliyyat dərinliyində hədəfə alır.

Rusiyanın yeni hücum modelinin ikinci mərhələsi isə mövqelər kifayət qədər zəiflədildikdən və logistika tükəndikdən sonra birbaşa Ukrayna mövqelərinə hücumdan ibarətdir. Xüsusilə vurğulanır ki, Ukrayna hələlik Rusiya tərəfindən həyata keçirilən hava dron blokadasına qarşı logistikanı qorumağa imkan verən effektiv əks-tədbirlər hazırlaya bilməyib.

“Ukrayna qoşunları həmçinin şəxsi heyət və texnika çatışmazlığının getdikcə kəskinləşməsi ilə üzləşir ki, bu da rusiyalılara müdafiədəki boşluqlardan istifadə etməyə imkan verir. Artilleriya və digər ənənəvi sistemlərin çatışmazlığı dronların daha az effektiv olduğu əlverişsiz hava şəraitində USQ-nin imkanlarını məhdudlaşdırır”, – deyə analitiklər bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv