Sahibkara qarşı 4 milyonluq dələduzluq edənlər kimlərdir? – Məhkəmə işi

Sahibkara qarşı 4 milyonluq dələduzluq edənlər kimlərdir? – Məhkəmə işi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda iş adamının pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən Seymur Məhərrəmovun vəkili Orxan Bünyatov vəsatət verərək müvəkkili barəsində olan qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib. Vəkil bildirib ki, cinayət işi üzrə müvəkkilinə 200 min manat çatıb. Lakin S.Məhərrəmov həmin pulu özünə götürməyib və Zaur Qurbanova verib.

Seymur Məhərrəmovun digər vəkili Şaiq Mirzəyev bildirib ki, müvəkkilinin II Qarabağ müharibəsində xidmətləri olub. Eyni zamanda, himayəsində iki azyaşlı övladı və xəstə valideynləri var. O da müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən qeyd edib ki, prosesin Bakı Hərbi Məhkəməsində keçirilməsinə səbəb Seymur Məhərrəmovdur. Hadisə 2023-cü ildə baş verib və dəymiş zərərin qarşılığı ödənməyib. İttihamçı vəsatətin təmin olunmamasını xahiş edib.

Digər vəkillər də müvəkkillərinin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş ediblər. Onlar işin məhkəmə baxışına verilməsinə etiraz bildirməyiblər.

Zərərçəkən Quvat Beybutov yalnız Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirin dəyişdirilməsinə etiraz etməyib. O, digər şəxslərin vəsatətlərinin təmin olunmamasını xahiş edib.

Məhkəmə Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalından sərbəst buraxılıb. Digər vəsatətlər təmin edilməyib və cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. Təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçirməkdə ittiham olunurlar.

Müttəhim Ceyhun Əşrəfov “Sindo-ryu və Pençak Silat” Federasiyasının prezidenti olub. O, istintaq dövründə 515 min manat zərər ödəyib və barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv