ABŞ yanvarın 29-da Vaşinqtonda baş verən təyyarə qəzasına görə məsuliyyətini etiraf etdi

ABŞ yanvarın 29-da Vaşinqtonda baş verən təyyarə qəzasına görə məsuliyyətini etiraf etdi






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Donald Tramp, #Ədliyyə Nazirliyi, #Hakim, #Kolumbiya, #Nəqliyyat, #Quru Qoşunları, #təyyarə, #Təyyarə qəzası, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ hökuməti yanvarın 29-da Vaşinqtonun Ronald Reyqan Milli Hava Limanı üzərində “American Airlines” sərnişin təyyarəsi ilə quru qoşunlarının “Black Hawk” helikopterinin toqquşmasına görə məsuliyyətini etiraf edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Washington Post” (WP) nəşri ABŞ Ədliyyə Nazirliyinin məhkəmə bəyanatına istinadən məlumat verib.

Kolumbiya dairəsi üzrə ABŞ Rayon Məhkəməsinə təqdim edilən 209 səhifəlik sənəddə Ədliyyə Nazirliyi bildirib ki, aviaqəzada həlak olan ordunun “Black Hawk” helikopterinin üç nəfərdən ibarət heyəti “American Airlines” sərnişin təyyarəsini görməyib və toqquşmadan yayınmağa müvəffəq ola bilməyib. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndəsinin sözlərinə görə, Reyqan Milli Hava Limanındakı aviadispetçerlər təyyarəni yaxınlaşan helikopter barədə xəbərdar etməyiblər.

ABŞ hakimiyyəti etiraf edib ki, zərərçəkənlərə lazımi diqqət göstərmək məcburiyyətində idilər, lakin bunu etməyiblər və nəticədə bu da faciəyə səbəb olub.

“American Airlines” bəyanatla bağlı şərh verməkdən imtina edib.

ABŞ Federal Aviasiya Administrasiyası şərhlə bağlı müraciətləri Ədliyyə Nazirliyinə yönləndirib, nazirlik isə bəyanatda olan məlumatlardan başqa hansısa şərh verməkdən imtina edib.

Məhkəmə iddiası qaldıran qəzada ölənlərdən birinin ailəsini təmsil edən vəkil Robert Kliffordun sözlərinə görə, ABŞ ordunun insan ölümünə görə məsuliyyət daşıdığını, eləcə də FAA tərəfindən hava nəqliyyatının idarə edilməsi prosedurlarına əməl olunmadığını qəbul edir. Lakin hökumət haqlı olaraq etiraf edir ki, bu fəlakətə görə məsuliyyət daşıyan yeganə qurum deyil, onun hərəkətləri isə həmin yanvar axşamı insanların ölməsi ilə bağlı bir neçə səbəbdən yalnız biridir”, – deyə vəkil əlavə edib.

Xatırladaq ki, 2025-ci il yanvarın 29-da Vaşinqtonun Reyqan Milli Hava Limanı üzərində “American Airlines” sərnişin təyyarəsi “Black Hawk” hərbi helikopteri ilə toqquşub. ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb. Tramp, həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib, Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub.

 

ABŞ yanvarın 29-da Vaşinqtonda baş verən təyyarə qəzasına görə məsuliyyətini etiraf etdi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv