“Global Media Group”un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

“Global Media Group”un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Sağlamlıq, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Global Media Group”un tərkibində fəaliyyət göstərən Baku TV xəbər kanalı, presstvaz xəbər saytı, “Report” İnformasiya Agentliyi və “Global Management” autsorsinq şirkətində beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi uğurla yekunlaşıb.

presstvaz xəbər verir ki, 10-16 dekabr tarixlərini əhatə edən audit prosesi “TÜV Austria Azərbaycan” MMC-nin baş auditoru Zaur Fərzəliyevin rəhbərliyi ilə həyata keçirilib və bu çərçivədə təşkilatlarda tətbiq olunan ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 – Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 – Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə mexanizmlər beynəlxalq tələblərə uyğun şəkildə qiymətləndirilib.

Keçirilən audit zamanı İnteqrə Olunmuş İdarəetmə Sisteminin uyğunluğu, kifayətliliyi və effektivliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən sistemə dair liderlik və öhdəliyinin nümayiş etdirilməsi, düzgün resurslarla təmin edilməsi və təşkilatın strateji istiqamətinə uyğun qərarların verilməsi sübut edilib.

Qeyd edək ki, “Global Media Group”un tərkibində fəaliyyət göstərən Baku TV, presstvaz, “Report” İnformasiya Agentliyi və “Global Management” şirkətləri 2022-ci ildən etibarən sözügedən beynəlxalq ISO standartları üzrə sertifikatlara malikdir.

Azərbaycanın ən böyük media şirkətlər qrupundan biri olan “Global Media Group” 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (“Facebook” | “Instagram” | “LinkedIn”) müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv