“Avant Park” yaşayış kompleksi sakinlərin istifadəsinə verilib

“Avant Park” yaşayış kompleksi sakinlərin istifadəsinə verilib






presstv

"Presstv"az #Ailə, #Audi, #Sağlam həyat tərzi, #Uşaq bağçası, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Yasamal rayonu ərazisində “Avant Park” yaşayış kompleksi sakinlərin istifadəsinə verilib.

Şəhərin ən hündür və səfalı ərazilərindən birində, Yasamal rayonu Abbas Mirzə Şərifzadə, 241 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksi yeni şəhərsalma prinsiplərinə uyğun olaraq müasir memarlıq üslubunda təhvil verilib. Burada yaşıllıqlarla əhatə olunmuş geniş həyətlər sakinlərin yüksək həyat tərzini təmin edir.

Ümumilikdə dörd hektar ərazini əhatə edən yaşayış kompleksinin tikintialtı sahəsi cəmi bir hektardır, bu səbəbdən yaşıllıqlar, geniş həyət və ictimai iaşə obyektləri üçün böyük sərbəst bir sahə mövcuddur.

“Avant Park” yaşayış kompleksində artıq 300 ailə öz mənzilinə köçüb. Kompleks bütün əsas kommunal infrastrukturla tam təchiz edilib. Su, elektrik enerjisi, qaz və internet xidmətləri artıq fasiləsiz şəkildə sakinlərin xidmətindədir.

Kompleks ərazisində abadlıq və yaşıllaşdırma işləri yekunlaşıb. Sakinlərin rahat və sağlam həyat tərzini təmin etmək məqsədilə açıq havada idman zonaları və uşaqlar üçün nəzərdə tutulmuş meydançalar istifadəyə verilib.

Sakinlərin rahatlığını təmin edəcək uşaq bağçası artıq inşa olunub hazırda bəzək tamamlanma işləri yekunlaşmaq üzrədir.

Kompleksin geniş infrastrukturu çərçivəsində planlaşdırılmış fitnes və spa mərkəzində və digər ictimai iaşə sahələrində təmir tamamlanma işləri davam edir, yaxın zamanda hipermarketin də istifadəyə verilməsi nəzərdə tutulub.

Eyni zamanda “Avant” konsepti çərçivəsində üçüncü faza olan “Avant Nova” yaşayış kompleksi hazırda tikinti mərhələsindədir və satışları davam edir.

“Avant Nova”da mənzillər hazırda 15% ilkin ödənişlə ipoteka və ya 40% ilkin ödənişlə daxili kredit şərtləri ilə satışa təqdim olunur.

Ətraflı məlumat:

Telefon: *0241

Ünvan: Yasamal rayonu, Abbas Mirzə Ş‌ərifzadə 241

 




Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv