“Birbank”dan bayram sürprizi: Metroda gediş haqqına 50% endirim edildi

“Birbank”dan bayram sürprizi: Metroda gediş haqqına 50% endirim edildi






presstv

"Presstv"az #Apple, #Audi, #Azərbaycan, #Bakı, #Google, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin ilk rəqəmsal bankı “Birbank” qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirəcək kampaniyaya start verir. Belə ki, 16 dekabr 2025-ci il tarixindən 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində “Birbank Visa” kart sahibləri Bakı metrosundan istifadə zamanı gediş haqqının sadəcə yarısını ödəyəcəklər.

Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca asandır. Sərnişinlər metro stansiyalarında ödənişlərini “Birbank Visa” (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.

Qeyd edək ki, hər bir istifadəçi kampaniya ərzində bütün kartları üzrə ümumilikdə maksimum 10 dəfə güzəştli gediş imkanından faydalana bilər. Bu təşəbbüs bayram ərəfəsində rəqəmsal ödənişləri təşviq etməklə yanaşı, istifadəçilərin büdcəsinə qənaət edərək bayramı dolu-dolu yaşamağa imkan yaradır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, üç milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, “196” əlaqə mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv