Dövlət Neft Fondunun səhm gəlirləri son rübdə bir milyard dollardan çox artıb

Dövlət Neft Fondunun səhm gəlirləri son rübdə bir milyard dollardan çox artıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dollar, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirləri üç ayda bir milyard dollardan çox artıb.

presstvaz bu barədə APA-ya istinadən xəbər verir.

Belə ki, ARDNF indiyə kimi, səhm indeksləri üzrə 7.1 milyard dollar investisiya edib. Fondun yaranma tarixindən bu il oktyabrın 1-nə kimi bu investisiyalardan əldə etdiyi gəlirlər isə 8.8 milyard dollara çatıb. Halbuki bu rəqəm ilin ilk yarısı üzrə 7.7 milyard dollar təşkil etmişdi. Başqa sözlə, bir rübdə fondun səhm üzrə gəlirləri 14.3% və ya 1.1 milyard dollar artıb. Bu isə qısa müddətdə yüksək göstərici hesab olunur.

Ümumilikdə, ARDNF-nin səhm portfelinin dəyəri üç ayda 14.8 milyard dollardan 15.9 milyard dollara yüksəlib.

Fonddan bildirilib ki, 2025-ci ilin üçüncü rübündə “MSCI World” indeksində müşahidə olunan artım əsasən qlobal səhm bazarlarında, xüsusilə inkişaf etmiş ölkələrdə qeydə alınan genişmiqyaslı qiymət yüksəlişi ilə izah olunur.

“Müsbət makroiqtisadi göstəricilər, gözləntiləri üstələyən korporativ maliyyə nəticələri, eləcə də texnologiya və süni intellekt (AI) sektorlarına artan maraq investorların riskli aktivlərə yönəlməsini gücləndirib”, – deyə açıqlamada əlavə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv