Məşhur rusiyalı məşqçi və həyat yoldaşı Almaniyada saxlanılıblar

Məşhur rusiyalı məşqçi və həyat yoldaşı Almaniyada saxlanılıblar






presstv

"Presstv"az #Audi, #Avropa, #Futbol, #Rusiya, #Sankt-Peterburq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın “Zenit” klubunun baş məşqçisi Sergey Semak və həyat yoldaşı Anna bu gün Münhen hava limanında saxlanılıblar.

presstvaz xəbər verir ki, bu barədə məşhur məşqçinin xanımı sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Semak və həyat yoldaşı hava limanında təhlükəsizlik yoxlamasından keçiriliblər.

Qeyd olunur ki, saxlanılma qısamüddətli olub. Mütəxəssisin saxlanılmasının səbəbi Avropadan dəyəri 300 avrodan çox olan mal aparmaq istəməsi olub. Yeni qanunlara görə, Rusiya vətəndaşlarına Avropadan Rusiyaya sözügedən məbləğdən çox olan mal aparmağa icazə verilmir.

Anna bildirib ki, özü və əri dindirildikdən sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Rusiya yığmasının sabiq futbolçusu olan Semak 2018-ci ildən Sankt-Peterburqun “Zenit” klubunun baş məşqçisidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv