Pasiyentlə həkim arasında qarşıdurma: Klinika iddiaları rədd edir – Nazirlikdən açıqlama

Pasiyentlə həkim arasında qarşıdurma: Klinika iddiaları rədd edir – Nazirlikdən açıqlama






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Həkim, #Səhiyyə Nazirliyi, #Təhsil, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə ay əvvəl əməliyyat olunan pasiyent gözündəki şişin keçmədiyini və əvvəlki vəziyyətinə qayıtdığını iddia edir.

Şikayətçi Nərgiz Fərzəliyeva gözündəki şişlik və güclü ağrı səbəbi ilə tövsiyə əsasında “Dünyagöz” Xəstəxanasına müraciət etdiyini bildirir:

“Xəstəxanada bizi doktor Mehmet Göhkan Aslana yönləndirdilər. Həkim baxan kimi dedi ki, xalaziondur və təcili əməliyyat olunmalıdır. Əməliyyatdan 3 ay keçməsinə baxmayaraq, şiş çəkilmədi. 4-cü ayda bir gün yuxudan ayılanda gördüm ki, həmin gözüm yenə şişib, əməliyyatdan əvvəlki halına qayıdıb”.

Şikayətçinin həyat yoldaşı Ənvər Fərzəliyev isə əlavə edib ki, həkimin müayinəsi üçün xəstəxanaya yaxınlaşdıqda, onlardan 65 manat ödəniş tələb edilib:

“Həkimin əməliyyat etdiyi gözə görə yaxınlaşdığımı bildirdim və ödəniş etmək istəmədiyimi dedim. Daha sonra Mehmet Gökhan Aslan bizə yaxınlaşıb dedi ki, siz müayinə üçün ödəniş etsəniz də xəstəyə baxmayacağam”.

“Dünyagöz” Xəstəxanası pasiyent Nərgiz Fərzəliyevanın iddialarını təkzib edərək bildirib ki, əməliyyatdan 1 ay sonra təkrar müayinə və əlavə müalicə tövsiyə edilib. Xəstəxanadan qeyd edilib ki, əməliyyatdan sonra 1 ay müddətində nəzarət müayinələri ödənişsizdir.

Pasiyent 4 ay sonra müraciət etdiyi üçün endirimli ödənişli müayinə təklif olunub, lakin pasiyent bu şərtlərlə müayinədən imtina edib:

“Klinika öz növbəsində pasiyentin sağlamlığına hər hansı zərər vurulması faktını qəbul etmir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirilib ki, tibbi işçilərinin vahid reyestrində Mehmet Gökhan Aslanın adı həkim kimi yer alır:

“O, 2013-cü ildə Türkiyədə tibbi təhsilini başa vurub və 2024-cü ildə Azərbaycanda tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə N4558 nömrəli şəhadətnamə alıb. Lakin sistemdə onun “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununa görə, 5 ildən bir keçirilən sertifikasiyadan keçməsi barədə məlumat yoxdur. Sorğuda qeyd edilən əməliyyatın üstündən 4 aydan çox vaxt keçdiyi üçün inzibati xətanın müddəti bitib. Belə olan halda vətəndaş təsdiqedici sənədlərlə prokurorluğa müraciət etməlidir”.

Nazirlikdən əlavə edilib ki, əgər vətəndaş son 4 ay müddətində təkrar olaraq həkimin qəbulunda olubsa, onun müayinəsindən keçibsə və bunu təsdiq edən hansısa sənəd varsa, onlarla birgə Analitik Ekspertiza Mərkəzinə rəsmi olaraq müraciət edə bilər.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv