Meksikada təyyarə qəzaya uğradı, 10 nəfər öldü

Meksikada təyyarə qəzaya uğradı, 10 nəfər öldü






presstv

"Presstv"az #Audi, #Beynəlxalq Hava Limanı, #Gəmi, #Hadisə, #Meksika, #Nəqliyyat, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksikanın Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında biznes təyyarəsinin qəzaya uğraması nəticəsində on nəfər ölüb.

presstvaz “Milenio” qəzetinə istinadən xəbər verir ki, təyyarə yerə çırpıldıqdan sonra yanğın baş verib və hadisə yerinin üzərində xeyli məsafədən görünən qalın qara tüstü sütunu qalxıb.

Təyyarə Akapulkodan havaya qalxaraq Tolukaya gedirmiş. Hava gəmisinin göyərtəsində səkkiz sərnişin və iki heyət üzvünün olduğu barədə məlumatlar yayılıb.

Qeyd olunur ki, “Cessna Citation III” markalı layner anqarlara çırpılıb. Yanğınsöndürənlər, təcili yardım maşınları və Meksika Mülki Müdafiə və Təhlükəsizlik Qüvvələrinin üzvləri qəza yerinə gəliblər.

Ərazi mühasirəyə alınıb və ətraf ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qəzanın səbəbi araşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv