İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA

İşləyən anaların övladlarının təhsili ilə bağlı nazirdən AÇIQLAMA






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Emin Əmrullayev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İşləyən anaların övladlarının məktəbəqədər təhsilə cəlb edilməsi ilk növbədə prioritet olmalıdır”.

presstvaz xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə verdiyi müsahibədə bildirib.

Nazir qeyd edib ki, hazırda Azərbaycan təhsil sistemində bu məsələ prioritet deyil. Məktəbəqədər təhsilə qəbul prosesi hələ də “kim birinci müraciət etdi” prinsipi ilə həyata keçirilir. Lakin, sistemin elektronlaşması sayəsində əvvəlki illərlə müqayisədə bu proses daha şəffaf və aydın şəkildə aparılır.

Emin Əmrullayev bildirib ki, işləyən anaların övladlarının məktəbəqədər təhsilə cəlb olunması ölkə iqtisadiyyatı baxımından əhəmiyyətlidir.

“Çünki övladları məktəbəqədər təhsilə cəlb olunan olan analar daha rahat işləyə bilirlər” , – deyə nazir vurğulayıb.

O, gələcəkdə bu sahədə müxtəlif modellərin tətbiqinin davam etdiriləcəyini və həmin modellərin genişləndirilməsinin vacibliyini qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv