Bakının mərkəzində sakinləri təngə gətirən problem: “Günün istənilən saatında siçanlara rast gəlmək mümkündür”

Bakının mərkəzində sakinləri təngə gətirən problem: “Günün istənilən saatında siçanlara rast gəlmək mümkündür”






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Bakı, #Hakim, #Nərimanov rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 94 ünvanında yaşayan sakinlər bildirirlər ki, bu ərazini siçanlar basıb.

Günün istənilən saatında burada siçanlara rast gəlmək mümkündür. Sakinlər bunun səbəbi olaraq ərazinin zibilliyə çevrilməsini göstərirlər.

Onlar qeyd edirlər ki, dəfələrlə bu ərazilərin təmizlənməsinə baxmayaraq, siçanların qarşısını almaq mümkün olmayıb.

Sakinlərin sözlərinə görə, burada kütləvi şəkildə toplaşan siçanlar hətta onların avtomobillərinə də ziyan vurublar. “Siçanlar maşının üstünə çıxır, altına girir, burada yerimək olmur”, – sakinlərdən biri deyib.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidə mütəmadi olaraq dərmanlama işləri aparılıb. Artıq bir neçə gün əvvəl də dezinfeksiya işlərinə başlanılıb və bu işlər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən davamlı həyata keçiriləcək.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv