DİQQƏT: Azərbaycanda məşhur ticarət mərkəzində fəaliyyət göstərən mağazada tərkibində ağır metallar olan mallar SATILIB

DİQQƏT: Azərbaycanda məşhur ticarət mərkəzində fəaliyyət göstərən mağazada tərkibində ağır metallar olan mallar SATILIB






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Çin, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb.

presstvaz xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi “Sevinc Mall” Ticarət Mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib:

“Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq”.

Vurğulanıb ki, hazırda AQTA və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır.

DİQQƏT: Azərbaycanda məşhur ticarət mərkəzində fəaliyyət göstərən mağazada tərkibində ağır metallar olan mallar SATILIB


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv