Nizami Kino Mərkəzində “Qələbə nəfəsi” sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində “Qələbə nəfəsi” sənədli filminin təqdimatı keçirilib






presstv

"Presstv"az #Audi, #Audiovizual Şura, #Avropa, #Azərbaycan, #Cəbrayıl, #Müharibə, #Şuşa, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nizami Kino Mərkəzində “Qələbə nəfəsi” sənədli filminin təqdimatı keçirilib.

presstvaz xəbər verir ki, film CBC telekanalının təşkilatçılığı və Audiovizual Şuranın maliyyə dəstəyi ilə işıq üzü görüb.

Filmin əsas mövzusu müharibə iştirakçıları, qazilərin psixoloji reabilitasiyası və cəmiyyətə reinteqrasiyasıdır.

Filmin baş qəhrəmanı döyüşlərdə minaya düşərək hər iki ayağını itirmiş Vətən müharibəsi qazisi Polad Rzayevdir. O, uzun reabilitasiya prosesindən keçərək hazırda aktiv həyat tərzi sürür. Atçılıq, ağırlıqqaldırma, xizək sürmə, alpinizm qəhrəmanın maraq dairəsinə aiddir. O, bionik protezlərlə Avropanın ən hündür nöqtəsi olan Elbrus dağını fəth edən nadir insanlardandır.

Poladın atası Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri, Şuşada şəhid olmuş özünümüdafiə batalyonunun komandiri Tofiq Oğuzdur. Amma özünün də bildirdiyinə görə, Poladı döyüşlərə atılmağa vadar edən qisas hissi deyil, Vətənə və Azərbaycan xalqına olan sevgisidir.

“Burada nə şəxsi maraq, nə də şəxsi qisas məsələsi ola bilməzdi. Çünki bu bizim müqəddəs missiyamızı ucuzlaşdırardı”, – deyə filmdə baş qəhrəman bildirir.

“Qələbə nəfəsi” sənədli filminin ssenari müəllifi Namiq Həsənli, rejissoru Həbib Cəbrayılov, prodüseri Renat Əhmədovdur.

Sənədli film rus və ingilis dillərinə tərcümə olunub və yerli telekanallarda nümayiş olunacaq. Filmin yaradıcı heyəti gördükləri işi beynəlxalq kinofestivallarda da nümayiş etdirmək fikrindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv