Sahil Babayev: “Dövlət büdcəsinə 119,4 milyon manat əlavə gəlir köçürülüb”

Sahil Babayev: “Dövlət büdcəsinə 119,4 milyon manat əlavə gəlir köçürülüb”






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Dollar, #Maliyyə Nazirliyi, #Sahil Babayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu ilin 11 ayında icmal büdcənin gəlirləri proqnozdan 2 milyard 526 milyon manat və ya 6.1 faiz, dövlət büdcəsinin gəlirləri isə 324.6 milyon manat və ya 0.9 faiz çox icra olunub. Eyni dövrdə icmal büdcənin xərcləri 36 milyard 784.3 milyon manat, dövlət büdcəsinin xərcləri isə 31 milyard 414.7 milyon manat təşkil edib”.

presstvaz xəbər verir ki, bunu Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb:

“Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi, həmçinin Mərkəzi Bankla imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib.

Nəticədə dövlət büdcəsinə aprel-dekabr aylarında kommersiya banklarında yerləşdirilmiş depozitlər üzrə 98.6 milyon manat, Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə isə 20.8 milyon manat olmaqla, ümumilikdə 119.4 milyon manat əlavə gəlir köçürülüb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv