Smartfonların bazar payı azalıb – “Vətəndaşlar bahalı telefon əldə etmək istəmirlər”

Smartfonların bazar payı azalıb – “Vətəndaşlar bahalı telefon əldə etmək istəmirlər”






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Avto, #Azərbaycan, #Bahalaşma, #Dollar, #Kommunal xidmət, #Mobil telefon, #pandemiya, #Smartfon, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin noyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 41.97 faiz təşkil edib. Bu, oktyabr ayına nisbətən 5.97 faiz bəndi, bir il əvvələ nisbətən isə 29.84 faiz bəndi azdır. Beləliklə, mobil cihazların bazar payı ardıcıl olaraq beşinci aydır azalır. Ümumi azalma 48 faiz təşkil edib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 299 milyon 861 min ABŞ dolları dəyərində 951 461 ədəd smartfon idxal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 8.2 faiz və ya 85.4 min ədəd azalıb, dəyər baxımından isə 3.7 faiz və ya 10.6 milyon ABŞ dolları artıb. Rəqəmlərdən də görünür ki, mobil cihazların sayı azalıb. Bəs buna səbəb nədir?

presstvaz mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Smartfonların bazar payı azalıb - Vətəndaşlar bahalı telefon əldə etmək istəmirlər

“Vətəndaşlar bahalı smartfon əldə etmək istəmirlər”

İqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, əgər mobil cihazlar azalıbsa, deməli, digər cihazlara olan tələbatda artım olub: “Statistika insanların seçimlərinin dəyişdiyini göstərir. Ötən illər ərzində bir smartfonun orta qiyməti 480 manata başa gəlirdisə, bu il yeni qaydaların, icazələrin, lisenziyaların tətbiqindən sonra daşınma xərcləri və s. artdı. Bütün bunların hamısının fonunda hazırda smartfonlar ölkəmizə 550 manata gəlib çıxır. Bu da qiymətin 13-15 faiz artması deməkdir. Ölkəyə gətirilən telefonların bahalaşması müşahidə edilirsə, vətəndaşlar bahalı smartfon əldə etmək istəmirlər”.

A.İbrahimovun fikrincə, artıq insanlar daha lazımlı məsələlərə pul xərcləyirlər: “Digər bir səbəb kredit şərtlərinin asanlaşmasıdır. Məsələn, istehlakçı smartfonu birillik kreditlə götürürsə, o, artıq bu zaman ərzində yeni bir telefon əldə etməyəcək. Əvvəllər insanlar sırf zövq üçün 4-5 ayda bir telefon dəyişirdisə, artıq belə deyil. Son zamanlar əhalinin gəlirlərinin azalması, inflyasiya fonunda ərzağa, kommunal xidmətlərə xərclədikləri vəsait artdığına görə, artıq qənaət edirlər. Pullarını daha lazımlı yerlərə xərcləyirlər”.

Smartfonların bazar payı azalıb - Vətəndaşlar bahalı telefon əldə etmək istəmirlər

“Telefonlar yenilənmədikcə, maraq da azalır”

IT mütəxəssisi Natiq Məmişov isə bildirib ki, telefonlarda heç bir yenilik olmaması onlara marağın bir qədər azalmasına səbəb olur: “Bazar doymağa başlayıb. Əksər insanların artıq smartfonu var. Yenisini almaq adətən “məcburi ehtiyac” yox, “var olanı dəyişmək” deməkdir. Bu da satışların hər ay sabit və ya azalana doğru getməsinə səbəb olur. Bu il bir çox smartfonlar çox da ciddi dəyişikliklər təklif edə bilmədi. 3-4 il əvvəlki telefonla bu ilin orta seqment modeli arasında gündəlik istifadə baxımından uçurum yoxdur. Kamera bir az yaxşı, ekran bir az parlaqdır. Mesaj, sosial şəbəkə, kamera, mobil bank, oyun – hamısı üçün ortasəviyyəli telefon kifayət edir. Yeniliklər daha çox kamera detalları, ekran parlaqlığı, bir az daha çox RAM üzərindədir. Gündəlik istifadəçi üçün bu fərq hiss olunmur. Yəni sırf şəkil çəkən biri o fərqləri hiss edə və başa düşə bilməz. Qatlanan ekranlar, AI funksiyaları var, amma kütləvi istifadəçi üçün hələ bahalı seqmentdir. Marağın artdığı hissə AI funksiya və proqramlardadır. Amma bunların çoxu köhnə modellərə də yeniləmə ilə gəlir. Ona görə də texnologiya insanı yeni modelə məcbur etmir”.

Smartfonların bazar payı azalıb - Vətəndaşlar bahalı telefon əldə etmək istəmirlər

“Telefonları dəyişmək dövrü uzanıb”

N.Məmişovun sözlərinə görə, telefonların yeniləmə dövrü də uzanır. Üç ildən bir telefon dəyişmə dövrü indi 4-5 ilə çıxıb: “Yəni daha az telefon alınıb. Buna da əksərən maddi durum təsir edir. Qiymətlər artır, premiuma keçid var. Bir ədəd mobil telefonun orta idxal qiyməti 474 manatdan 536 manata qalxıb. Deməli, insanlar daha nadir hallarda telefon alır, amma alanda bir az daha bahalı modelə keçir. Bu, ədəd üzrə payı azaldır, dəyər üzrə isə tam çökməyə qoymur. Rəsmi idxal statistikasına düşməyən ikinci əl telefonlar və təmir olunmuş cihazlar da tələbin bir hissəsini qarşılayır. Bu da rəsmi bazar payını aşağı göstərir. Son illər pandemiyadan sonra notbuk, planşet, TV, konsol kimi cihazlara maraq artıb. Eyni büdcə daxilində daha çox “ev, ofis, təhsil” tipli cihazlara yönəlmə mobilin ümumi elektron bazardakı payını aşağı çəkir. Bazar payının düşməsində həm iqtisadi, həm də texnoloji sıçrayışın olmaması faktoru var”.

Smartfonların bazar payı azalıb - Vətəndaşlar bahalı telefon əldə etmək istəmirlər

“Telefon növbəti 10 ildə də əsas cihaz olmaqda davam edəcək”

Ekspertin fikrincə, smartfonlara maraq azalsa da, onlar hələ yaxın 10 ildə əsas cihaz olaraq qalmağa davam edəcək: “Amma “mərkəzi ekran” yox, “mərkəzi idarəetmə pultu” kimi olacaq. Saat, qulaqlıq, avtomobil sistemi, smart ev – hamısının idarəedicisi yenə telefondur. Bank işi, rəqəmsal imza, sosial şəbəkə, messencerlər, təsdiqləmə kodları – hamısı telefon üzərindədir. Buna görə, təhlükəsizlik, identifikasiya və şəxsi məlumatlar baxımından telefon mərkəzi cihaz rolunu hələ uzun müddət itirməyəcək. Gələcəkdə telefon fiziki olaraq kiçilə, bəlkə də hesablama moduluna çevrilə bilər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv