Gündəlik neçə saat qulaqcıq istifadə edə bilərik?

Gündəlik neçə saat qulaqcıq istifadə edə bilərik?






presstv

"Presstv"az #Bakteriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər gündəlik qulaqlıq istifadəsi ilə bağlı vacib xəbərdarlıq ediblər.

presstvaz xəbər verir ki, onların sözlərinə görə, qulaqlıqlardan istifadə zamanı səsin çox yüksək səviyyəyə qaldırılması eşitmə qabiliyyətinə ciddi zərər vura bilər.

Qulaq sağlamlığını qorumaq üçün "60/60 qaydası"na əməl etmək tövsiyə olunur, yəni səsin maksimumun 60 faizindən artıq olmaması və fasiləsiz dinləmənin 60 dəqiqədən çox çəkməməsi məsləhətdir. Səs səviyyəsi 85 desibeldən yuxarı olduqda təhlükəsiz dinləmə müddəti azalır, məsələn 88 desibeldə gündə 4 saat, 91 desibeldə isə cəmi 2 saat istifadə etmək mümkündür. Uzunmüddətli və yüksək səsdə istifadə qulaqda zədələnmə, tinnitus və eşitmə itkisi riski yaradır. Bundan başqa, qulaqlıqların tez-tez və uzun müddət qulaqda qalması daxili qulaq kanalında nəm və bakteriya yığılmasına, nəticədə infeksiya yaranmasına səbəb ola bilər. Mütəxəssislər gündə orta hesabla 2-4 saat qulaqlıqdan istifadə etməyi, hər saatdan sonra isə 5-10 dəqiqə fasilə verməyi məsləhət görürlər.

Qeyd olunur ki, yüksək səsdə qulaqlıqla musiqi dinləmək, xüsusən də küçədə və ya yolda olarkən, təhlükəsizlik baxımından da risklidir, çünki ətraf səslər eşidilməyə bilər. Ümumilikdə, gündə 6 saatdan çox fasiləsiz qulaqlıqdan istifadə qulaq sağlamlığı üçün təhlükəli hesab olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv