“Crocus” terrorçusu “kobud şəkildə” saxlanılmasından şikayətlənib

“Crocus” terrorçusu “kobud şəkildə” saxlanılmasından şikayətlənib






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #Meşə, #Məhkum, #Moskva vilayəti, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktı işi üzrə məhkum olunmuş terrorçu hüquq-mühafizə orqanları əməkdaşlarından şikayət edib.

presstvaz “Mash” “Telegram” kanalına istinadən xəbər verir ki, söhbət iş üzrə ən gənc fiqurant olan 19 yaşlı Məhəmmədsobir Fayzovdan gedir.

Onun vəkilləri “kobud saxlanma” ilə bağlı şikayət hazırlayırlar. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onu ağacdan düşməyə razı salmaq əvəzinə, benzinlə işləyən mişarla ağacı kəsməklə səlahiyyət həddini aşıblar.

Hadisə 2024-cü il martın 23-də, terror aktından bir gün sonra baş verib. Silahlı şəxslərin olduğu avtomobili saxlamaq istəyiblər, lakin onlar dayanmaq əmrinə tabe olmayıblar. Atışmadan sonra avtomobil aşıb və terrorçuların bir qismi meşəyə qaçıb.

Fayzov təxminən 15-20 metr hündürlüyündə olan ağaca dırmaşıb. O, termal kamera ilə aşkar edilib. Nə qışqırıqlara, nə də havaya açılan atəşlərə reaksiya verib. Bundan sonra meşə gözətçisi çağırılıb və ağac kəsilib, terrorçu ağacla birlikdə yerə yıxılıb.

Yıxıldıqdan sonra Fayzov xəstəxanaya yerləşdirilib. Məhkəməyə isə onu xərəkdə gətiriblər.

Xatırladaq ki, 2024-cü il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı baş verib. Silahlı cinayətkarlar konsert zalının qonaqlarına avtomat silahlardan atəş açıb və binanı yandırıblar. İstintaq Komitəsinin məlumatına görə, 149 nəfər ölüb, bir nəfər itkin düşmüş hesab olunur, yaralananların ümumi sayı isə 609 nəfərə çatıb. Dəyən maddi ziyan, təxminən, altı milyard rubl olaraq qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv