Messinin Hindistan səfərinin təşkilatçısı saxlanıldı

Messinin Hindistan səfərinin təşkilatçısı saxlanıldı






presstv

"Presstv"az #Argentina, #Audi, #Futbol, #Hindistan, #İnter Mayami, #Lionel Messi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanın Kəlkətə şəhərində polis argentinalı futbolçu Lionel Messinin iştirak etdiyi və azarkeşlər tərəfindən iğtişaşlarla nəticələnən tədbirin təşkilatçısını saxlayıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, şəhərin polis baş müfəttişi Raciv Kumar onun həbs olunduğunu açıqlayıb.

“Əsas təşkilatçı Satadra Duttanı saxladıq. Bu tədbirin düzgün təşkil edilməməsinin cəzasız qalmaması üçün tədbirlər görürük”, – deyə o bildirib.

Kumarın sözlərinə görə, təşkilatçı satılan biletlərin pulunu geri qaytarmaq barədə yazılı öhdəlik götürüb.

——— 

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi Hindistanın Kəlkətə şəhərində onun şərəfinə ucaldılan heykəlinin açılışı üçün komanda yoldaşları Luis Suares və Rodriqo De Paulla birlikdə Hindistana səfər edib.

presstvaz Hindistan mediasına istinadən xəbər verir ki, futbol əfsanəsi hava limanında izdihamla qarşılanıb.

Azarkeşlərlə görüşmək üçün Kəlkətədəki “Salt Lake” stadionuna gələn Messi xaosa səbəb olub. Məlumata görə, biletlər üçün yüksək qiymət ödəyən azarkeşlər futbol ikonunu şəxsən görməyə can atıblar. Klub rəsmiləri, təhlükəsizlik işçiləri və media işçilərindən ibarət sıx bir halqanın Messi, Suares və de Paulu əhatəyə alması azarkeşlərin oyunçuları aydın görməsində çətinlik çəkməsinə səbəb olub. Oyunçular bu vəziyyətdən narahat olublar və meydanı planlaşdırılandan daha tez tərk ediblər.

Azarkeşlər pis idarəetmə və həddindən artıq sıxlıq şəraitində Messinin qısa 5-10 dəqiqəlik çıxışından məyus olaraq, barrikadaları qırıb, stadiona stullar, butulkalar atıblar və etiraz ediblər. Xəsarət alanlar barədə məlumat verilməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv