KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır

KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa Komissiyası, #Belçika, #Bolqarıstan, #İtaliya, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar.

presstvaz “Politico”ya istinadən xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər.

Avropa Komissiyası israr edir ki, 18-19 dekabr tarixlərində keçiriləcək Avropa Şurasının zirvə görüşündə üzv dövlətlər Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün 210 milyard avroluq Rusiya aktivlərinin istifadəsi barədə razılığa gəlsinlər.

Bu plana qarşı çıxan əsas ölkə isə dondurulmuş vəsaitlərin əksəriyyətinin saxlanıldığı Belçikadır. Ölkə hökuməti Rusiyanın sonradan bu vəsaitlərin geri qaytarılması üçün məhkəməyə müraciət edəcəyindən çəkinir.

Artıq İtaliya, Malta və Bolqarıstan da Belçikaya qoşulublar. Onlar qarşıdakı illərdə Ukrayna iqtisadiyyatını maliyyələşdirmək üçün avrobondların buraxılmasını təklif edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv