Elçin Əmirbəyov Polşada görüşlər keçirib

Elçin Əmirbəyov Polşada görüşlər keçirib






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Münaqişə, #Nəqliyyat, #Orta Dəhliz, #Polşa, #PSJ, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.

presstvaz xəbər verir ki, səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan-Polşa strateji tərəfdaşlıq səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd ediblər. Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirib.

Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda, tərəflər yaşıl keçid və bərpaolunan enerji, logistika, nəqliyyat bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün əlverişli imkanların mövcud olduğunu qeyd ediblər.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar diqqət mərkəzində olub.

Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın Azərbaycan-Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksəksəviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

Müzakirələr ərzində “Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik” adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə xidmət etmədiyi vurğulanıb.

Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O, daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak etməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, Orta Dəhliz və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan “TVP World” və “Polşa Xəbərlər Agentliyi” kimi nüfuzlu media orqanlarına müsahibələr verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv