"Məcburi maska taxmaq" dövrü geri qayıdır? – Məktəblər bağlandı, xəstəxanalarda yer yoxdur…

"Məcburi maska taxmaq" dövrü geri qayıdır? – Məktəblər bağlandı, xəstəxanalarda yer yoxdur…






presstv

"Presstv"az #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #İngiltərə, #İspaniya, #London, #Nəqliyyat, #Qrip

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropada sürətlə yayılan və H3N2 virusunun yeni mutasiyası ilə əlaqələndirilən "super qrip" hallarının artması ciddi narahatlıq yaradıb. Bir çox ölkədə xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib, hətta bəzi məktəblər müvəqqəti bağlanıb.

presstvaz xəbər verir ki, Böyük Britaniyada səhiyyə rəsmiləri bu mövsümü "son illərin ən pis qrip mövsümü" adlandırır.

Mütəxəssislər virusun həm daha yoluxucu, həm də erkən yayılmasına diqqət çəkərək, peyvəndin vacibliyini vurğulayır və məcburi maska tətbiqinin geri qaytarılmasının müzakirə olunduğunu bildirirlər. Xüsusilə ictimai nəqliyyatda öskürən və asqıran insanların maskadan istifadə etməsi tövsiyə edilir.

İngiltərədə bir neçə məktəbin bağlandığı bildirilir. Fransada bütün yaş qrupları üzrə yoluxma halları artıb, İspaniyada isə maskalara və qrip dərmanlarına tələbat yüksəlib. Londonlu virusoloq professor Nikola Lewis H3N2-ni "daha aqressiv virus" adlandıraraq, bu ilin dinamikasının qeyri-adi şəkildə erkən və sürətli artış göstərdiyini deyib.

Səhiyyə qurumları həm Avropada, həm də bölgədə yaşayan insanları diqqətli olmağa, peyvənd və qoruyucu tədbirlərə xüsusi önəm verməyə çağırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv