Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək

Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək






presstv

"Presstv"az #Ailə, #Milli Məclis, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məlum olduğu kimi Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əməkhaqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Belə ki, dəyişikliyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.

presstvaz-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, indiyə qədər əməkhaqqının hesablanması qaydası, o cümlədən vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi.

Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun iki dəfə həyata keçirilməsi təsbit olunur.

Deputat bu yeni qaydanın ailə büdcəsinin planlaşdırılması baxımdan da çox əhəmiyyətli olduğunu vurğulayıb.

O həmçinin söyləyib ki, bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir:

"Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əməkhaqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər".

V.Bayramov onu xatırladıb ki, işçilər üçün bu metod həm beynəlxalq təcrübədə tətbiq olunur, həm də Beynəlxalq Əmək Təşkilatı belə bir mexanizmi tövsiyə edir: "Digər tərəfdən bu, işçilər üçün, xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv