61 min manat borcu olan şirkət ləğv edilir

61 min manat borcu olan şirkət ləğv edilir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Qafqazenerqoservis" şirkəti ləğv olunduğunu elan edib.

presstvaz Teleqraf-a istinadla xəbər verir ki, bir zamanlar dövlət layihələrində tenderlərin qalibi olan şirkətin dövlətə 61290.59 manat borcu var.

2007-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi təmsilçisi Altay Novruzovdur.

Qeyd etdiyimiz kimi, "Qafqazenerqoservis" şirkəti dövlət layihələrində iştirak edib. Bəzən müqavilə üzrə işləri tam yerinə yetirməyib. Dövlət qurumlarından biri "Elektrik avadanlıqlarının dəyişdirilməsi və yeni su nasoslarının quraşdrılması" layihəsi üzrə "Qafqazenerqoservis" Şirkətinə 2011-ci ildə 3 müqavi üzrə vəsait ödəsə də, cəmi 2 müqavilə üzrə işlər yerinə yetirilib. Texniki parametrlərdə və işlərin həcmində dəyişikliklər aparılması layihənin yenidən dəyərləndirilməsinə ehtiyac yaradıb, lakin bu işlərin heç biri aparılmayıb. Layihələr ekspertizadan keçirilməyib. Üzə çıxarılan nöqsanlardan sonra "Qafqazenerqoservis" şirkəti tərəfindən mənimsənilən 371 min manat ödənilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv