Heydər Əliyev mənə buna görə xeyir-dua verdi – Xələfova

Heydər Əliyev mənə buna görə xeyir-dua verdi – Xələfova






presstv

"Presstv"az #Ailə, #Bakı, #Bakı Dövlət Universitetini, #Heydər Əliyev, #Kitab, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əməkdar incəsənət xadimi, Heydər Əliyevin bacısı qızı Fəxriyyə Xələfova Ümummilli liderlə bağlı xatirələrini bölüşüb.

Kult.az xəbər verir ki, o, bu barədə Globalinfo.az-a danışıb.

“Fəaliyyətimin əvvəlində, daha dəqiq desəm, 2000-ci ildə Bakıda ilk Beynəlxalq Moda Festivalını təşkil etdim. Moda anlayışını daha aydın təqdim etmək üçün tanınmış dizaynerlərin ölkəmizə dəvət olunmasını vacib saydım. Bu məqsədlə dünyaca məşhur mərhum modelyer Valentin Yudaşkini ölkəmizə çağırdım. Bu barədə mətbuatda yazılar dərc olundu. Heydər Əliyev mətbuatı daim izlədiyindən xəbəri qəzetdən oxuyub bizi Prezident Sarayına rəsmi qəbuluna dəvət etdi. Görüşdə əsasən milli dəbin inkişafı ilə bağlı söhbət etdik. Heydər Əliyev böyük siyasətçi idi, mədəniyyətin bütün sahələrini dərindən bilir və təhlil edirdi. Bizimlə geniş müzakirələr apardı. Valentin Yudaşkin hətta etiraf etdi ki, o, Heydər Əliyevi hələ sovet dövründən bir modelyer kimi izləyir və ona pərəstiş edir. Dedi ki, belə bir böyük siyasətçi ilə eyni məkanda olmaq onun üçün inanılmazdır. Yudaşkin Heydər Əliyevin özünəməxsus geyim üslubu ilə seçildiyini də vurğuladı. Doğrudan da, Ulu öndərin geyimləri həmişə mövsümə uyğun seçilirdi. Gənc yaşlarında da eleqant kostyum və şlyapada çəkilmiş fotoları var və orada da hər detal incəliklə düşünülüb. Bu, daxili zövqün göstəricisidir”, – o deyib.

F.Xələfova Heydər Əliyevin dayı kimi çox mehriban olduğunu da bildirib:

“Xüsusi günlərdə, xüsusilə də doğum günlərində bir araya gələrdik. Bu görüşləri əsasən Zərifə Əliyeva təşkil edirdi. Məktəbdə oxuduğumuz dərslərimiz barədə soruşar, fənlərlə bağlı suallar verər, təhsilimizə diqqətlə yanaşmağı tapşırardı. Ailə mühitində də geyimə münasibət xüsusi idi, orada da zövq özünü göstərirdi. Dayı kimi bizə çox qayğı göstərirdi. Vaxtı az olsa da, hər birimizlə maraqlanmağa çalışırdı. Evində böyük kitabxana vardı, orada nadir kitablar və gözəl atlaslar toplanmışdı. O atlaslar vasitəsilə bizə dünyanı tanıdırdı. 1970-80-ci illərdə internet olmadığı üçün onun bu yanaşması bizim üçün böyük məktəb idi”.

Fəxriyyə Xələfova incəsənətə gəlməsi üçün Heydər Əliyevin xeyir-duasını aldığını qeyd edib:

“Bir dəfə onlarda olan zaman nə ilə məşğul olmaq istədiyimi soruşanda, Bakı Dövlət Universitetinin biologiya fakültəsində oxumağıma baxmayaraq, moda ilə məşğul olmaq arzumun olduğunu dedim. Onun bu istəyimə münasibəti mənim üçün çox maraqlı idi. Mənə təbəssümlə xeyir-dua verdi. Halbuki o vaxt moda ilə peşəkar məşğul olmurdum, bu, sadəcə arzu idi. İllər sonra isə həmin arzum reallaşdı. İlk addımlarım zamanı, dediyim kimi, Heydər Əliyev məni və Yudaşkini rəsmi qəbul etdi”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv