“Məhsəti” – Suadın özü haqda filmdir

“Məhsəti” – Suadın özü haqda filmdir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suad Qaranın AXAR10 dəqiqəlik bir fraqmentinə baxdım. Film bir çoxunun düşündüyü kimi, Məshəti Gəncəvinin həyatından bəhs edən tarixi bir film deyil. Əksinə, hazırda yaşayan hansısa bir pozğun qadının başına gələnlərdən bəhs edir. Hətta deyərdim ki, Məshəti kod adını daşıyan bu qadın fiziki görünüş olaraq Suad Qaraya çox bənzəyir. Bəlkə də xanım rejissor öz həyat hekayəsini lentə alıb. Bəs, niyə filmin adını “Məshəti” qoyub? Bax, ictimai rəyi çaşdıran da budur.

Filmin tamamına baxmadığımdan bu suala dəqiq cavab verməkdə çətinlik çəkirəm. Amma o da mümkündür ki, mənim baxdığım 10 dəqiqəlik fraqment elə filmin tamamıdır. Çünki filmin qısametrajlı olduğu bildirilir. Adətən 52 dəqiqədən kiçik olan filmlərə “qısametrajlı” deyilir. Hətta 5-7 dəqiqəlik filmlər də qısametrajlı sayılır. Bu məntiqlə, Suad Qaranın çəkdiyi film də 10 dəqiqəlik ola bilər, hətta bu özəlliyi ilə onu bir çox həmcinsindən daha uzun film də saymaq olar. Əgər belədirsə, o zaman mən bütün filmi izləmiş sayılıram və rahatlıqla onun barəsində fikir yürüdə bilərəm.

Müasir çağımızda yaşayan filmin qəhrəmanının Məshəti Gəncəvi adlandırılmasının sadə bir səbəbi var: qadın öz gerçək adını hamıdan gizlədir və eyş-işrət düşkünü olduğu üçün özünü Məshəti kimi təqdim edir. Beləliklə də “Məshəti Gəncəvi də mənim tayım olub” mesajını verir. Xətalı olan və tənqidə məruz qalan əsas məqam da elə budur: sən özünün kimliyin barədə film çəkirsənsə, tarixi şəxsiyyətləri niyə işə qarışdırırsan? Elə filmə birbaşa özünün adını qoy, məsələ də bitsin.

Fikrimcə, filmə “Məshəti” adının verilməsinin bir səbəbi var: rejissor ucuz populyarlıq üçün tarixi şəxsiyyətləri təhqir etmək yolunu tutub, bununla da öz “əsərini” reklam etdirmək istəyib.

Filmin ümumi xarakteristikası barədə bunları deyə bilərəm.

Mövzusu: “gəzəyən” (ifadə filmin ssenaristinə aiddir) bir qadının həyat hekayəsi;

Məzmunu: kəllə suyu;

İdeyası: tarixi milli şəxsiyyətlərimizi aşağılamaq və özünü kimlərəsə bənzədib təsəlli tapmaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv