“Azərişıq” Xocavəndin elektrik şəbəkəsini yeniləyir – Video

“Azərişıq” Xocavəndin elektrik şəbəkəsini yeniləyir – Video






presstv

"Presstv"az #Ailə, #Çörək, #Hadrut, #İlham Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Doğma yurda köç edən sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Xocavəndin elektrik təsərrüfatını yeniləyir.

presstvaz xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri çərçivəsində Zoğalbulaq qəsəbəsində və şəhər ərazisində 35/0.4 kV-luq yeni yarımstansiyalar tikilib.

Hadrut, Qırmızı Bazar qəsəbələri və Sos kəndinə köçürülən ailələr üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenilənib, eləcə də, 10 və 35 kV-luq hava xətlərində, mövcud transformator məntəqələrində təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb.

Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

Qeyd edək ki, vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv