Keçmiş “8-ci kilometr” bazarında aşkarlanan nöqsanlar aradan qaldırılıb

Keçmiş “8-ci kilometr” bazarında aşkarlanan nöqsanlar aradan qaldırılıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Qida məhsulları, #Soyuducu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“8-ci kilometr” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda aşkar edilən diri quşların satışı, qanunsuz kəsimi, süd və süd məhsullarının, müxtəlif növ turşuların, diri balıqların açıq şəraitdə, soyuducu avadanlıqlar olmadan, baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa təqdim edilməsi və digər faktlar sahibkar tərəfindən aradan qaldırılıb.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, qida subyekti tərəfindən obyektdə aşkar olunan nöqsanlar əsasında tələb olunan tədbirlər icra olunaraq fəaliyyəti sağlamlaşdırılıb:

“Belə ki, bazarda qanunsuz quş kəsimi ləğv edilib və dezinfeksiya işləri aparılıb, süd məhsullarının soyuducu vitrinlərdə saxlanılması, markalanması təmin olunub, satış piştaxtaları gigiyenik materiallardan təşkil edilib, işçilər dövri tibbi müayinədən keçib.

Bildiririk ki, ərzaq bazarlarında aparılan monitorinqlərin əsas məqsədi istehlakçı hüquqlarının qorunması, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, eləcə də bazarlardakı nöqsanların aradan qaldırılması və onların sağlamlaşdırılmasıdır”.

Keçmiş 8-ci kilometr bazarında aşkarlanan nöqsanlar aradan qaldırılıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv