Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib






presstv

"Presstv"az #Arxeoloji qazıntılar, #Audi, #Azərbaycan, #Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), #Goranboy rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Builki arxeoloji qazıntılar nəticəsində Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

Hesabatda vurğulanıb ki, arxeoloq Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb. Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.

Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan müəyyən edilib.

Hesabatda o da vurğulanıb ki, arxeoloq Müzəffər Hüseynov Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə nekropolunda tədqiqatları davam etdirib.

Tədqiq edilmiş 38 nömrəli qəbirdə maraqlı dəfn adəti müşahidə olunub. Belə ki, içərisi materiallarla zəngin qəbir kamerası ağacla örtüldükdən sonra ağacın üzərinə yenidən saxsı qablar və bəzək əşyaları qoyulub. Qəbir kamerasını örtən ağacların üzərinə arxeoloji materialların qoyulması ənənəsi əsasən Skif kurqanlarında izlənir.

Bildirilib ki, Muncuqlutəpə nekropolunda bu dəfn adətinin qeydə alınması Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların yeni dəfn ənənəsi kimi qiymətləndirilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv