“Habertürk”ün sabiq baş redaktoru Mehmet Akif Ersoy ittihamları rədd etdi

“Habertürk”ün sabiq baş redaktoru Mehmet Akif Ersoy ittihamları rədd etdi






presstv

"Presstv"az #Audi, #Baş redaktor, #Cinayət işi, #Haber Global, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə “Narkotik maddələrin istifadəsi üçün yer və imkan təmin etmək” və “Ətrafındakı qadınları cinsi əlaqəyə məcbur edərək maddi mənfəət əldə etmək” ittihamları üzrə saxlanılan “Habertürk” telekanalının baş redaktoru Mehmet Akif Ersoyun prokurorluğa ifadə verib.

presstvaz “Haber Global”a istinadən xəbər verir ki, Mehmet Akif Ersoy ifadəsində ittihamları rədd edib.

“Mənə qarşı irəli sürülən iddiaları qəti şəkildə rədd edirəm. Həyatımda heç vaxt narkotik maddələrdən istifadə etməmişəm. Bu iddialar çox çirkindir.

Cinsi əlaqə ilə bağlı iddiaların hamısı yalandır.

Körpüdə qəzaya düşdüyüm zaman narkotikin təsiri altında olmamışam. Bununla bağlı polis protokolu var.

Dostlarımın telefonlarından narkotik maddələr sifariş etməyimlə bağlı iddialar yalandır.

Fevral ayında qeyd etdiyiniz iddialara bənzər bir “X” hesabı açılmışdı. Bu iddiaların bir qismi həmin “X” hesabında yazılmışdı. Bu tvitlərlə bağlı məhkəməyə müraciət etdik, cinayət işi qaldırdıq. O zaman kimin istifadə etdiyini müəyyən edə bilmədik. Deyəcəklərim bundan ibarətdir”, – M.A.Ersoy bildirib.

Xatırladaq ki, Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı saxlanılan “Habertürk” telekanalının baş redaktoru Mehmet Akif Ersoy, həmçinin vəzifəsindən azad edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv