“Şərurlu İsfəndiyar”ın məhkəməsində Ramiz Mehdiyevin də adı hallanır: Vəkil etiraz etdi

“Şərurlu İsfəndiyar”ın məhkəməsində Ramiz Mehdiyevin də adı hallanır: Vəkil etiraz etdi






presstv

"Presstv"az #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Binəqədi Rayon Məhkəməsində böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) növbəti məhkəmə prosesi keçirilib.

presstvaz  Oxu.az-a istinadən bildirir ki,  hakim Vüsal Tağıyev sədrlik etdiyi prosesdə iş adamı ilə bağlı növbəti rəy məhkəməyə təqdim olunub.

Məhkəmədə ekspert Nəzakət Qaziyeva işlədilən bütün söz və ifadələrin ədəbi dilə uyğun olduğunu bildirib:

“Linqvistik ekspertizada təqdim edilmiş kəskin fikirlər tənqidi dəyərləndirilə bilər, təhqir səciyyəsi daşımır. Yəni nitq vahidləri emosional olsa da, təhqir hesab edilmir”.

Qarşı tərəfin vəkili Asim Abbasov rəyə münasibət bildirərək onun mötəbər sübut kimi qəbul olunmasına etiraz edib:

“Etirazımızın səbəbi odur ki, dilçilik institutunun 2021-ci ildə təyin olunan hazırkı rəhbəri, AMEA-nın həmin vaxt rəhbəri olmuş şəxslə və İsfəndiyar Axundov arasında əlaqənin mövcudluğunu ehtimal edərək bununla bağlı etiraz edirik”.

Qeyd edək ki, sözügedən vaxtda AMEA-nın prezidenti Ramiz Mehdiyev olub.

Prosesə sədrlik edən hakim vəkilin etirazını yazılı şəkildə təqdim etməsini istəyib.

Növbəti proses dekabrın 15-nə təyin edilib.

Xatırladaq ki, İsfəndiyar Axundov iş adamı Emin Səməndərovun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün qarşı tərəfdən xüsusi ittiham qaydasında şikayət edilib. Onun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv