Fövqəladə Hallar Nazirliyi balıq ovu ilə məşğul olan şəxslərə müraciət edib

Fövqəladə Hallar Nazirliyi balıq ovu ilə məşğul olan şəxslərə müraciət edib






presstv

"Presstv"az #Fövqəladə Hallar Nazirliyi (FHN), #Gəmi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

presstvaz xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, kiçikhəcmli gəmi istifadəçiləri, o cümlədən balıq ovu ilə məşğul olan şəxslər tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində arzuolunmaz və bəzən kədərli hallar yaşanır.

“Belə ki, kiçikhəcmli gəmilərin sürücüləri səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətləri nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdır.

Həmçinin, səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə hərəkət edə bilərlər. Kiçikhəcmli avarlı qayıqların isə küləyin sürəti 7 m/san-dən artıq olduqda dənizə çıxması qadağandır.

Eləcə də dumanda və görmə məsafəsini məhdudlaşdıran və səmtləri müəyyənləşdirməyin mümkün olmadığı digər əlverişsiz hava şəraitində kiçikhəcmli gəmilərin hərəkəti qadağandır. Sərhəd sularında balıq ovu ilə məşğul olmağa və digər işləri yerinə yetirməyə yalnız günün işıqlı vaxtı icazə verilir.

Qeyd olunanları nəzərə alaraq, FHN bir daha kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət etməyə çağırır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv