Bir milyon dollara ABŞ vətəndaşlığı almaq üçün “ən sürətli yol”: Ağ Ev veb-sayt istifadəyə verdi

Bir milyon dollara ABŞ vətəndaşlığı almaq üçün “ən sürətli yol”: Ağ Ev veb-sayt istifadəyə verdi






presstv

"Presstv"az #ABŞ, #ABŞ vətəndaşlığı, #Ağ Ev, #Dollar, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağ Ev ABŞ hökumətinin “Qızıl kart”ının əldə edilməsi üçün veb-sayt istifadəyə verib. Prezident Donald Tramp bunu ABŞ vətəndaşlığı almaq üçün ən sürətli yol adlandırıb.

Bu barədə presstvaz “Russian.rt” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, varlı əcnəbilərə bir milyon dollara daimi yaşayış icazəsi təklif olunur.

“ABŞ-də özün üçün həyat kəşf et”, – deyə saytın ana səhifəsində yazılıb.

Hazırda resurs iki seçim təklif edir: Trampın “Qızıl” və “Platin” kartlarını. “Qızıl kart” üçün 15 000 dollar ödəməklə müraciət etmək olar ki, bu məbləğə sənədlərin Daxili Təhlükəsizlik Nazirliyində işlənməsi də daxildir.

“Platin kart”a gəlincə, onun tezliklə istifadəyə verilməsi gözlənilir. Lakin xarici vətəndaşlar artıq indidən qeydiyyatdan keçə və onun alınması üçün gözləmə siyahısında yer tuta bilərlər. Bildirilir ki, işə salındıqdan sonra 15 000 dollar məbləğində sənədlərin işlənilməsi haqqı və 5 milyon dollarlıq ianə haqqı ödənilməsi şərti ilə, əcnəbilər ABŞ hüdudlarından kənarda əldə etdikləri gəlirlərə görə ABŞ vergisinə cəlb olunmadan ölkədə 270 günə qədər müddət ərzində qala biləcəklər.

“ABŞ hüdudlarından kənarda əldə etdikləri gəlirlərə görə nə vaxtsa ABŞ vergisinə cəlb olunmuş şəxslər (məsələn, ABŞ vətəndaşları və daimi yaşayış icazəsi olan əcnəbi vətəndaşlar) “Trump Platinum Card”ına (“Platin kart”) müraciət etmək hüququna malik deyillər”, – deyə saytda qeyd edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv