“HONOR” brendinin inkişaf strategiyası təqdim olundu

“HONOR” brendinin inkişaf strategiyası təqdim olundu






presstv

"Presstv"az #Azərbaycan, #Dollar, #Nəqliyyat, #Smartfon, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il dekabr ayının 5-də “JW Marriott Absheron Baku” hotelində “HONOR”un müstəqilliyinin beşilliyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Mərasim çərçivəsində qonaqlar brendin əsas nailiyyətləri, Azərbaycandakı inkişafı və gələn il üçün strateji planları ilə tanış olublar.

Tədbirdə “HONOR”un Azərbaycandakı rəhbəri Jing Xi çıxış edərək, brendin yerli bazarda inamlı artımını, məhsul portfelinin genişlənməsini və əsas kateqoriyalarda payının möhkəmlənməsini vurğulayıb. O, həmçinin son beş ilin uğurlarından, yerli bestseller modellərdən və “HONOR”un azərbaycanlı istehlakçılar arasında tanınmasının artmasından danışıb. Onun sözlərinə görə, 2026-cı ildə şirkət bazar payını artırmağı, yeni məhsul kateqoriyaları təqdim etməyi və AI cihazları seqmentində innovasiya kursunu davam etdirməyi planlaşdırır.

Beş il müstəqillik: brendin transformasiyası və Azərbaycanda artım

Son beş ildə “HONOR” orta seqment smartfon istehsalçısından “on-device AI” və ağıllı ekosistemlər sahəsində yeni sənayeni formalaşdıran texnoloji liderə çevrilib.

Brend premium seqmentdə mövqeyini möhkəmləndirib, yerli distribusiyanı artırıb və məhsul çeşidliliyini smartfonlardan tutmuş, geyiləbilən cihazlar və AI-qadcetlərə qədər genişləndirib. Azərbaycanda populyarlığın artması isə regionda bestseller olan uğurlu modellərin ortaya çıxması və “HONOR”a innovativ, istifadəçiyönümlü brend kimi artan etimadla bağlıdır.

Qlobal “Alpha” strategiyası: smartfonlardan AI ekosisteminə keçid

“HONOR” qlobal səviyyədə “Alpha Strategy” adlı genişmiqyaslı beşillik inkişaf planını təqdim edib. 10 milyard dollardan artıq investisiyaya sahib olan bu strategiya şirkətin AI ekosistemləri üzrə qlobal liderə çevrilməsinə yönəlib.

Strategiya ənənəvi smartfonlardan AI telefon, “embodied intelligence” (bədənə yönəlik intellekt) və qabaqcıl kameraları özündə birləşdirən yeni cihaz kateqoriyası olan “Robot Phone”a keçidi nəzərdə tutur. Artıq bu gün “HONOR” “embodied intelligence” texnologiyasında liderliyini nümayiş etdirir: şirkətin alqoritmləri ilə işləyən robotlar məkanda effektiv hərəkət edir və saniyədə dörd metrə qədər sürət yığa bilir.

“HONOR” eyni zamanda, ağıllı ev, təhsil, nəqliyyat və IoT sahələrini birləşdirən açıq 1×3×N ekosistemini aktiv şəkildə inkişaf etdirir. “HONOR” “AI Connect” platformasında artıq 30 milyondan çox qoşulu cihaz və dünyanın müxtəlif ölkələrindən 350 000-dən çox tərtibatçı var.

Gələcəyə baxış

Beşillik müstəqillik “HONOR” üçün həm qlobalda, həm də Azərbaycan bazarında mühüm inkişaf mərhələsi oldu. Şirkət yeni mərhələyə daxil olaraq, yerli bazarda mövqeyini gücləndirməyə və innovasiyaları inkişaf etdirməyə davam edəcək, ağıllı cihazlar və AI ekosistemləri sahəsində aparıcı oyunçulardan biri olaraq qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv