Generalın vəzifədə olan oğlu ilə yanaşı, Rəşad Daşdəmirov da HƏBS OLUNDU

Generalın vəzifədə olan oğlu ilə yanaşı, Rəşad Daşdəmirov da HƏBS OLUNDU






presstv

"Presstv"az #Audi, #Bakı, #Baş Prokurorluq, #Cəbrayıl, #Nəqliyyat, #Qaçaqmalçılıq, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.

presstvaz APA-ya istinadən xəbər verir ki, ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub.

Generalın vəzifədə olan oğlu ilə yanaşı, Rəşad Daşdəmirov da HƏBS OLUNDU

Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə iki ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla saxlanılıb.

presstvaz APA-ya istinadən xəbər verir ki, ümumilikdə altı nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Hövsan Dəniz Gömrük Postunun sabiq rəisi Fərid Usubov Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

presstvaz “Unikal”a istinadən xəbər verir ki, sabiq rəis Fərid Usubov Dövlət Gömrük Komitəsinə 5 milyon manat zərər vurub.

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov saxlanılıb.

presstvaz Gununsesi.info-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Bildirilir ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv