Qardaşlarını 24 bıçaqla qətlə yetirən şəxsi kafedə öldürdülər: Yevlaxdakı cinayətin TƏFƏRRÜATI

Qardaşlarını 24 bıçaqla qətlə yetirən şəxsi kafedə öldürdülər: Yevlaxdakı cinayətin TƏFƏRRÜATI






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yevlaxda qardaşının qatilini öldürməkdə təqsirləndirilən Habil Kərimov və qardaşı Akif Kərimovun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

presstvaz-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Habil Kərimov 11 il, Akif Kərimov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama əsasən, 2009-cu ildə Yevlax sakini Səlim Məmmədov (soyadı şərtidir) mübahisə zamanı qohumu Bəhruz Kərimovu 24 bıçaq zərbəsi ilə qətlə yetirib. Həmin cinayətə görə məhkəmənin hökmü ilə Səlim Məmmədov 14 il azadlıqdan məhrum edilib. O, 2023-cü ildə cəzasını tam çəkərək azadlığa buraxılıb və evinə qayıdıb.

Bəhruz Kərimovun qardaşları Habil və Akif Səlimə xəbər göndərərək kəndi tərk etməsini və bir daha bu ərazidə yaşamamasını tələb ediblər. Səlim bir müddət başqa yerdə yaşasa da, 2024-cü ildə yenidən kəndə qayıdıb – Habil və Akif onun geri döndüyünü öyrəniblər.

Hadisə günü qardaşlar kənd ərazisində yerləşən kafedə olarkən Səlim qəflətən həmin kafeyə gəlib. Bunu görən Akif ona yaxınlaşaraq kafedən çıxmasını tələb edib. Lakin Səlim bu tələbi yerinə yetirməyib. Bundan sonra Habil və Akif ona hücum edərək bıçaqla qətlə yetiriblər.

Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşlar saxlanılıblar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv