“Google Maps”də sürücülər üçün FAYDALI FUNKSİYA

“Google Maps”də sürücülər üçün FAYDALI FUNKSİYA






presstv

"Presstv"az #Audi, #Avto, #Google, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“iOS” üçün “Google Maps” tətbiqi avtomobilin parklanma yerini avtomatik müəyyən edən və yadda saxlaya bilən yeni funksiya əldə edib.

presstvaz xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.

Yeni funksiya istifadəçinin səfər zamanı “Google Maps” açıq olduqda smartfonun USB, “Bluetooth” və ya “CarPlay” vasitəsilə avtomobilə qoşulması ilə aktivləşir. Hərəkət başa çatdıqdan sonra tətbiq avtomobilin parklanma yerini avtomatik olaraq xəritədə işarələyir və həmin məlumatı 48 saata qədər yadda saxlayır. İstifadəçi yenidən yola düşdüyü anda bu işarə avtomatik şəkildə silinir.

Qeyd edək ki, əvvəllər parklanma yerini yadda saxlamaq mümkün olsa da, bunu menyudan müvafiq bölməni seçərək əl ilə etmək lazım gəlirdi. Yeni funksiya isə prosesi tam avtomatlaşdırır. Bundan başqa, parklanma yerini göstərmək üçün artıq standart “P” işarəsi deyil, müxtəlif avtomobil ikonalarından istifadə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv