Azərbaycanla İraq arasında viza rejiminin sadələşdirilməsi müzakirə olunub

Azərbaycanla İraq arasında viza rejiminin sadələşdirilməsi müzakirə olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #İraq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

8 dekabr 2025-ci il tarixində Bağdad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə presstvaz-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq Respublikasının nümayəndə heyətinə isə İraq Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Falah Abdulhassan rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub.

Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, zəruri konsulluq yardımının göstərilməsi, bu istiqamətdə müvafiq ikitərəfli müqavilə bazasının təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, daxili işlər, ədliyyə, o cümlədən hüquqi yardım və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv