Gürcüstan üzərindən gətirilən avtomobillər bahalaşa bilər

Gürcüstan üzərindən gətirilən avtomobillər bahalaşa bilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Bahalaşma, #Gürcüstan, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti arta bilər.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, bu ölkədə xarici vətəndaşların aldığı və ya təkrar ixrac etdiyi nəqliyyat vasitələri ilə bağlı rüsumların artırılması nəzərdə tutulur. Mövcud qaydalara əsasən, tranzit nömrə nişanı üçün rüsum 50 laridən 370 lariyə qaldırılacaq. Bu isə hazırkı məzənnə ilə 32 manat əvəzinə 233 manat təşkil edir.

Bundan əlavə, avtomobillər üçün ekspertiza aktının hazırlanması üzrə ödəniş 100 laridən 180 lariyə yüksəldiləcək ki, bu da 63 manatdan 113 manata qədər artım deməkdir. Eyni zamanda, ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə tutulan rüsum 130 laridən 200 lariyə qaldırılacaq. Bu məbləğ təxminən 126 manata bərabərdir.

Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Gürcüstan tərəfi bu addımı artan tələb fonunda atmağı planlaşdırır.

ABŞ-dən gətirilən avtomobillərin böyük əksəriyyəti Poti limanı vasitəsilə qeyd olunan prosedurlardan keçir və rüsumların artırılması birbaşa alıcılara təsir göstərir. Bu halda, Gürcüstan yolu ilə Azərbaycana daxil olan avtomobillərin qiymətlərində də ciddi bahalaşma gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv