Sahibə Qafarova Gürcüstanı təbrik etdi

Sahibə Qafarova Gürcüstanı təbrik etdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin adından Gürcüstan xalqını müstəqillik günü münasibətilə təbrik edib.

presstvaz   xəbər verir ki, spiker bu barədə Gürcüstanın müstəqillik günü münasibətilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə bildirib.

Parlament sədri deyib ki, Azərbaycanla Gürcüstan arasında dərin dostluq və səmərəli əməkdaşlıq uzun illər əvvəl dəqiqliklə düşünülmüş siyasətin tərkib hissəsidir.

“Sevindirici haldır ki, bugünkü müstəqil Gürcüstan XX əsrində başa çatdırılmamış işləri uğurla davam edir. Düşünülmüş siyasət nəticəsində Gürcüstan bu gün uğurla inkişaf edib. Əsrlər boyu xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıb. Bugünkü əlaqələrimiz də məhz həmin dərin tarixi köklərə əsaslanır. Dövlət başçıları arasındakı yüksək səviyyəli dialoq münasibətlərin möhkəmlənməsinə böyük təkan verir. Bunun nəticəsində elə bir sahə tapmaq çətindir ki, Azərbaycan və Gürcüstan bu sahədə əməkdaşlıq etməsin. Həyata keçirilən layihələr həm Cənubi Qafqaz, həm də Avrasiya regionu üçün əhəmiyyət daşıyır. Hər iki xalqın nümayəndələri ölkələrimiz arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayır. Ölkələrimiz arasındakı əməkdaşlıq və etimad beynəlxalq təşkilatlar səviyyəsində də davam edir. Bu münasibətlər region ölkələri arasında sıx tərəfdaşlığın vacib olduğunun bariz nümunəsidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv