Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın sahibi: “Gec yeyiblər”

Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın sahibi: “Gec yeyiblər”






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Azərbaycan, #Gəncə şəhəri, #Hadisə, #Orta məktəb, #Qida zəhərlənməsi, #Yoluxucu xəstəlik, #Zəhərlənmə, #Zəhərlənmə hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səkkiz şagirdin zəhərləndiyi “Nur” dönərxanasının sahibi Elnur Nəbiyev zəhərlənmə faktına münasibət bildirib.

presstvaz-ın məlumatına görə, E.Nəbiyev “Teleqraf”a açıqlamasında iddia edib ki, şagirdlər dönəri aldıqdan sonra saxlanma qaydasını pozublar.

Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın sahibi: Gec yeyiblər

“Beş ildir, burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə faktı qeydə alınmayıb. Dünən təxminən saat 14 radələrində iki şagird gəlib 30 dönər aldı. Bu, kameralara düşüb. Necə olur, otuz dönər yeyən şagirddən səkkizində zəhərlənmə olub? Məndə olan məlumata görə, şagirdlərin çoxu dönəri aldıqdan sonra gec yeyib. Dönər hazır olandan sonra 30 dəqiqə ərzində yeyilməlidir. Ən azı, iki saatdan sonra yeyiblər. Hətta bir nəfər dönəri qardaşına evə aparıb. Gecikmə olub, dönər vaxtında yeyilməyib”, – deyə sahibkar bildirib.

Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

presstvaz bildirir ki, bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Gəncədə baş verən hadisə qurum tərəfindən nəzarətə götürülüb.

“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.

Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən “Nur” dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın sahibi: Gec yeyiblər

Gəncədə dönərdən zəhərləndiyi deyilən şagirdlər evə buraxılıblar.

presstvaz bildirir ki, bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, dekabrın 9-u saat 21:30-dan başlayaraq beşi kişi, üçü qadın cinsli olmaqla səkkiz nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət dına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Gəncədə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

presstvaz bildirir ki, bu barədə   Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verib.

Bildirilib ki, Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA-nın mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıblar. Məsələ nəzarətə götürülüb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Gəncədə dönərdən zəhərlənən məktəblilərin adları məlum olub.

presstvaz APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 2015-ci il təvəllüdlü F.İsmayılov, 2015-ci il təvəllüdlü X.Tağıyeva, 2014-cü il təvəllüdlü Ə.Zeynalov, 2015-ci il təvəllüdlü N.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədzadə, 2014-ci il təvəllüdlü T.Cəfərzadə, 2015-ci il təvəllüdlü H.Hüseynli və 2015-ci il təvəllüdlü Ə.Mirzəyevdir.

Məlumata görə, hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır.

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

presstvaz APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv