İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib

İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Ermənistan, #İlham Əliyev, #Təbrik, #Təhsil, #Vaşinqton, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunmasının tarixi əhəmiyyətinə toxunaraq, bu məsələdə Prezident Donald Trampın rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi onun irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirib və sülh şəraitinin regionun iqtisadi potensialının inkişafına töhfəsinə toxunub.

Prezident İlham Əliyev Azərbaycanla bp şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd edib.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, o cümlədən bərpaolunan enerji, müdafiə sənayesi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib. İkitərəfli əlaqələrimizin dərinləşdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub.

Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak etməklə bu məsələyə töhfəsi məmnunluqla qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv