İldırım çaxması zamanı bu əşyanı mütləq tokdan çıxarın

İldırım çaxması zamanı bu əşyanı mütləq tokdan çıxarın






presstv

"Presstv"az #Hadisə, #Qış mövsümü, #Yanğın hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər qış mövsümünün başlaması ilə yağışlı hava, güclü leysan müşahidə olunur. Mütəxəssislər xəbərdarlıq edir ki, bu hava şəraiti təkcə insan sağlamlığı üçün deyil, həm də evlərdəki elektrik cihazları üçün ciddi təhlükə yaradır.

presstvaz xəbər verir ki, mütəxəssislərə görə, ildırım çaxması nəticəsində yaranan elektrik dalğalanmaları minlərlə yanğın hadisəsinə yol açır. Xüsusilə şəbəkəyə qoşulu qalan və yüksək enerji ilə işləyən cihazlar risk faktorunu ikiqat artırır. Ttufan zamanı toka taxılı olan cihazlar – xüsusən də həddindən artıq enerji sərf edənlər – yanğın təhlükəsini artıran əsas amillərdir.

Mütəxəssislər bu cihazları dərhal şəbəkədən ayırmağı tövsiyə edir:

Toster və çörəkbişirənlər – İstifadədən sonra belə içindəki elektrik müqaviməti uzun müddət qalıq istilik saxlayır. Bu isə şimşəkli hava zamanı alovlanma riskini yüksəldir.

Mətbəx cihazları – yüksək temperaturla işləyən və davamlı enerji çəkən cihazlar tufan zamanı xüsusilə risklidir.

Kompüterlər, televizorlar, modemlər – ildırım vurması nəticəsində yaranan ani elektrik sıçrayışları bu cihazları sıradan çıxara və qığılcım yarada bilər.

Telefon adapterləri və powerbank-lar – davamlı şarjda qalması yanğın potensialını artırır.

Niyə şəbəkədən ayırmaq lazımdır?

Şimşək zamanı elektrik xəttində yaranan güclü gərginlik dəyişiklikləri cihazların içində qızmaya, qısaqapanmaya və nəticədə yanğına səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər tufan yaxınlaşanda istifadə olunmayan bütün cihazları prizdən çıxarmağı xüsusi vurğulayırlar.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv