Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib

Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İlham Əliyev, #Kitab, #Leyla Əliyeva, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib.

presstvaz xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəxri qonaq qismində iştirak etdiyi tədbirdə öncə şəhid və Vətən müharibəsi veteranlarının övladları üçün qısa tur təşkil edilib.

Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal dərnəyinin üzvləri Tofiq Quliyevin “Dostluq mahnısı”nı ifa ediblər, həmçinin “Sənət” incəsənət mərkəzinin bədii qrupu “Dəniz” rəqsini təqdim edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova və kitabın müəllifi, Əməkdar artist Bəhram Bağırzadə qonaqları salamlayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya tədbirdə iştirakına və göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər. “Qara qızılın sirri” kitabı barədə fikirlərini bölüşən çıxışçılar Azərbaycanın neft tarixindən bəhs edən nəşrin əhəmiyyətini qeyd edib, kitabın növbəti cildinin ölkəmizin yeni enerji strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nə həsr ediləcəyini ifadə ediblər.

Tədbirdə şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının dövlətimiz tərəfindən xüsusi qayğı ilə əhatə olunduqları vurğulanıb. Tarixi zəfərlərimizin memarı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdarlıq ifadə edilib. Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə və müharibə veteranlarına göstərilən davamlı diqqət xüsusi vurğulanaraq fondun vitse-prezidenti Leyla xanım Əliyevanın bu kimi layihələrdə şəxsən iştirakının tədbirləri daha da əlamətdar etdiyi bildirilib.

Təqdimatın “Oxu saatı” hissəsində SOCAR könüllüləri tərəfindən uşaqlara “Qara qızılın sirri” kitabından parçalar səsləndirilib.

Tədbir çərçivəsində kitabın müəllifi Bəhram Bağırzadə uşaqlar üçün xüsusi imzalama sessiyası keçirib.

​Sonda uşaqlara hədiyyələr təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv