Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək

Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52.74 milyon manat təşkil edəcək.

presstvaz xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirə edilən Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsində əksini tapıb.

Bu məbləğ 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0.4 % çoxdur.

Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub.

Milli Məclisin xərclərinə qaz istifadəsinə görə 210 min manat, suya görə 35 min manat, elektrik enerjisinə görə 465 min manat daxil edilib.

Parlamentin internet xərcləri 116 min manat səviyyəsində nəzərdə tutulur.

Milli Məclisin deputatları və aparat əməkdaşlarının ölkə daxili ezamiyyətləri üçün 110 min manat, xarici ölkələrə ezamiyyətlə bağlı 2 milyon manat planlaşdırılır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv