Orban: “Ərdoğan dedi ki, yeni dövr başlayır, başqa dünya olacaq”

Orban: “Ərdoğan dedi ki, yeni dövr başlayır, başqa dünya olacaq”






presstv

"Presstv"az #Audi, #İstanbul, #Macarıstan, #Mətbuat konfransı, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə, #Viktor Orban

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Macarıstanı əhatə edən dünyaya baxdığımda güclənən tərəf kimi Türk dünyasını görürəm”.

presstvaz xəbər verir ki, bunu İstanbula səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Son yüz ildə Macarıstanın Türk dünyası ilə əlaqələrinin zəiflədiyini bildirən Orban 2010-cu ildən sonra Ərdoğanın tarixi pəncərəni açdığını vurğulayıb:

“Ərdoğan dedi ki, yeni dövr başlayır. Başqa bir dünya olacaq və Türk dünyası çox böyük enerji toplayacaq. Türk əsri adlandırılan böyük bir planın olduğunu gördüm”.

Orban Ərdoğanın Macarıstanı Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi dəvət etdiyini xatırladaraq, o vaxtdan bəri Türkiyə-Macarıstan əməkdaşlığını və Türk dünyası ilə qarşılıqlı əlaqələri daim inkişaf etdirdiklərini qeyd edib:

“Macarıstanı əhatə edən dünyaya baxdığımda, həqiqətən çalışan, irəli çıxan və güclənən tərəf kimi Türk dünyasını görürəm. Bu fürsəti dəyərləndirmək istəyirik. Macarıstan Qərbdə german, slavyan və latın dünyaları arasında tək qaldı. Biz heç birinə mənsub olmayan xalqıq, millətik. Çünki xalqlarımızı şərqdə qoymuşuq. Türk dünyası ilə münasibətlərimiz bizim üçün çox vacibdir. Həmişə belə olub”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv