Niderland məhkəməsi “Türk axını” operatorunun həbs qoyulan aktivləri ilə bağlı qərar verdi

Niderland məhkəməsi “Türk axını” operatorunun həbs qoyulan aktivləri ilə bağlı qərar verdi






presstv

"Presstv"az #Audi, #Avropa, #Dollar, #Niderland, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amsterdam Dairə Məhkəməsi Rusiyanın “Qazprom” enerji holdinqinə məxsus olan və “Türk axını” (Turk Stream) boru kəmərinin operatoru olan “South Stream Transport” (SST) şirkətinin aktivləri üzərindən həbsin götürülməsindən imtina edib.

presstvaz-ın xəbərinə görə, Avropa instansiyasının bu qərarı barədə “Vedomosti” qəzeti iş materiallarına istinadən məlumat verib.

Belə bir qərarın qəbul edilməsinə Ukraynanın DTEK enerji şirkəti ilə Rusiya tərəfi arasında Krımı elektrik enerjisi ilə təchiz edən “Krımenerqo”nun milliləşdirilməsindən sonra başlayan mübahisələr səbəb olub. “Krımenerqo” iş adamı Rinat Axmetova məxsus olub.

2023-cü ilin noyabr ayında Haaqadakı Arbitraj Məhkəməsinin Daimi Palatası DTEK-in tələbi ilə Rusiyaya Krım aktivlərinin müsadirəsindən dəyən zərərə görə DTEK-ə kompensasiya ödəməyi hökm edib. Tələb olunan məbləğ 207.8 milyon dollar olub. Təhlükəsizlik tədbiri olaraq, 2025-ci ilin iyul ayında Amsterdam Dairə Məhkəməsi SST-nin Niderlandın bank hesablarında saxlanılan aktivlərinə həbs qoyub.

Həmin ilin avqust ayında “Türk axını” operatorunun nümayəndələri Avropa məhkəməsinə SST-nin aktivlərinə qarşı yuxarıda qeyd olunan tədbirin ləğvi üçün müraciət ediblər. Lakin məhkəmə hesab edib ki, şirkət aktivlərin həbsinin onun üçün ciddi problem yaratdığını sübut edə bilməyib və nəticədə məhkəmə bu tələbi rədd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv