2025-ci ilin yanvar-noyabr aylarında büdcə gəlirləri proqnozu üstələyib

2025-ci ilin yanvar-noyabr aylarında büdcə gəlirləri proqnozu üstələyib






presstv

"Presstv"az #Audi, #İqtisadiyyat Nazirliyi, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

presstvaz Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xəzinədarlıq orqanları bu dövrdə 1 milyon 436 mindən çox ödəniş tapşırığını icra edib və büdcə gəlirlərində yüksək göstəricilər qeydə alınıb.

Cari ilin yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 milyard 855.2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 milyard 526 milyon manat və ya 6.1 faiz üstələyir. Dövlət büdcəsinin gəlirləri isə 35 milyard 625.6 milyon manat təşkil edərək proqnozu 324.6 milyon manat və ya 0.9 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 15 milyard 310.5 milyon manat, proqnozdan 745.5 milyon manat və ya 5.1 faiz çox olub. Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41.6 milyon manat, proqnozdan 10.2 milyon manat və ya 32.5 faiz artıq icra olunub. Dövlət Neft Fondundan transfert isə 13 milyard 274.3 milyon manat təşkil edərək proqnoza 100 faiz uyğun icra edilib.

Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752.2 milyon manat, proqnoza qarşı 96.6 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592.3 milyon manat, proqnoza qarşı 72.7 faiz, sair daxilolmalar isə 654.7 milyon manat, proqnoza qarşı 99.1 faiz icra olunub.

Eyni dövrdə icmal büdcənin xərcləri 36 milyard 784.3 milyon manat təşkil edib ki, bu da ötən ilin 11 aylıq göstəricilərindən 1 milyard 397.6 milyon manat və ya 3.9 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri isə 31 milyard 414.7 milyon manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 376.6 milyon manat və ya 1.2 faiz çoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv